Polis narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb - xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə ələ keçirilib
Polis narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb - xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə ələ keçirilib

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə üç nəfəri – 1957-ci il təvəllüdlü Q.B., 1980-ci il təvəllüdlü R.A. və Ukrayna vətəndaşı,1970-ci il təvəllüdlü Q.K.-nı saxlayıblar.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunmasında-saxlanılmasında, satışına kömək etməkdə və xüsusilə külli miqdarda narkotik vasitə tərkibli “kannabis bitkisi”nin qanunsuz əkilib-becərilməsində ittiham olunurlar.

Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı sonrakı satış məqsədilə qablaşdırılmış müxtəlif növ narkotik vasitələri, o cümlədən: 300 qramdan artıq “kokain”i, 479 ədəd “metadon” həbini, 283 bağlama “marixuana”nı və “kannabis bitkisi”ni sübut kimi götürüblər.

İstintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar ələ keçirilib, konkret olaraq: yapışqan lentlər, polietilen kilidli paketlər və elektron tərəzilər. Həmçinin, ehtimal ki, narkotik vasitələrin satışı nəticəsində əldə edilmiş pul ələ keçirilib.

İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta və 265-ci prima maddələri ilə aparılır” – DİN-in məlumatında deyilir.