Polis narkotik cinayəti ittihamı ilə xarici ölkənin iki vətəndaşını saxlayıb, xüsusilə külli miqdarda narkotik götürülüb

 

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi- saxlanması və satışına kömək etmək ittihamı ilə iki nəfəri: Ukrayna vətəndaşı 1985-ci il təvəllüdlü A.K. və Moldova vətəndaşı 2005-ci il təvəllüdlü İ.Q.-ni müxtəlif vaxtlarda saxlayıblar.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış evlərində axtarış nəticəsində satışa hazırlanmış, xüsusilə külli miqdarda yarım kiloqramdan çox narkotik vasitəni “Metadon”u dəlil olaraq götürüblər. Aparılan istintaq hərəkətləri nəticəsində polis tərəfindən həmçinin narkotik vasitənin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 260 və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.