Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və satışına yardım etmək ittihamı ilə 1985-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Ukrayna vətəndaşı İ.K. və 1999-cu il təvəllüdlü Belarus vətəndaşı D.K.-nı saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatında cinayətlərin 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“Patrul Polisi Departamentinin əməkdaşları Tbilisidə təqsirləndirilən şəxslərin üzərində, avtomobillərində və mənzilində axtarış nəticəsində satış məqsədilə qablaşdırılan xüsusilə külli miqdarda narkotik vasitə “Alfa PVP”ni maddi sübut kimi götürüblər. Həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260 və 260-4-cü maddələri ilə aparılır” – DİN-in yaydığı məlumatda deyilir.