Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Mtsxeta-Mtianeti Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, narkotik cinayəti ittihamı ilə Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.
O, külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və satılmasına kömək etməkdə ittiham olunur.
Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxsin üzərində və evində axtarış zamanı maddi sübut kimi 42 büküm şəklində qablaşdırılmış narkotik vasitə “Metadon”u ələ keçiriblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi və 260-cı kvarta maddəsinin 6-cı hissəsinin “a” yarımbəndi ilə aparılır.