Polis Milan aksiyalarında iştirak edən gəncin telefonunu yoxlayıb, “WhatsApp” mesajlarında polislərə necə hücum edəcəkləri və binaları necə yandıracaqları təsvir olunub
İtaliya polisi oktyabrın 17-18-də Milan aksiyalarında iştirak edən gəncin telefonunu yoxlayıb, yazışma hüquq-mühafizə orqanlarına hücumla bağlı olub. Məlumatı “Euronews” yayır.
Medianın məlumatına əsasən, hədə-qorxu məzmunlu mesajların yayıldığı “WhatsApp” qrupunda 230-dan çox üzv olub. Qrup üzvlərinin silahlar, bıçaq, pirotexnika və tüstü qumbaraları barədə danışdıqları məlumdur.
Qrup üzvlərinin yazışmalarında həmçinin polis əməkdaşlarına necə hücum edəcəkləri, onların silahlarını necə ələ keçirəcəkləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərinə necə zərər vuracaqları və binaları necə yandıracaqları planları təsvir olunmuşdu.
İtaliya polisi ölkənin bir neçə əyalətində 150-yə yaxın axtarış həyata keçirib. Əməliyyatlar zamanı bıçaqlar, baltalar və digər əşyaları ələ keçiriblər.
Medianın məlumatına əsasən, oktyabrın 27-də İtaliyada polisin səlahiyyətləri artırılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yeni etiraz dalğasına qarşı hazır vəziyyətə gətirilib.