Polis Marneulidə yaralama faktı üzrə bir nəfəri saxlayıb

18:19, 22.04.2026

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmə ittihamı ilə 2005-ci il təvəllüdlü İ.Q.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla təqsirləndirilən şəxsin Marneuli Munisipalitetində qarşılıqlı mübahisə zamanı soyuq silahdan istifadə edərək 1992-ci il təvəllüdlü F.K.-ya ağır bədən xəsarəti yetirərək hadisə yerindən qaçdığı müəyyən edilib.

Yaralı kişini müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində İ.Q.-ni hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar” – DİN-in məlumatında deyilir.

İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır, bu da 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar