Polis Marneulidə xəsarət yetirmə faktı ilə əlaqədar iki nəfəri saxlayıb
Polis Marneulidə xəsarət yetirmə faktı ilə əlaqədar iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları, “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneulidə baş vermiş xəsarət yetirmə faktı ilə əlaqədar iki nəfəri: 2003-cü il təvəllüdlü E.M.-ni və 2005-ci il təvəllüdlü R.Q.-ni saxlayıblar. Məlumatı DİN yayır.

“E.M. qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməkdə ittiham olunur, R.Q isə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılıb. Cinayətlər 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, E.M. cari ilin iyunun 4-də Marneulidə, keçmişdə baş vermiş münaqişə zəminində başlayan qarşıdurma zamanı, 1998-ci il təvəllüdlü V.Q.-yə odlu silahdan atəş açaraq xəsarətlər yetirib. Hadisədən sonra o, R.Q. ilə birlikdə gizlənməyə cəhd göstərib, lakin hər iki şəxs polis tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb. Yaralanmış şəxs xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi odlu silahları götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.