Polis Marneulidə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bir nəfəri saxlayıb
Polis Marneulidə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1994-cü il təvəllüdlü A.G.-ni Marneulidə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıblar.

DİN-in məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs kriminal avtoritetin adından istifadə edərək, kiçik bizneslə məşğul olan 1967-ci il təvəllüdlü F.M.-dən onun və ailə üzvlərinin həyatına son qoymaq, eləcə də əmlakını məhv etmək hədəsi ilə 4 000 ABŞ dolları tələb edib.

“Mühafizə orqanları əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində A.G.-ni təqsirləndirilən şəxs qismində, hakim qərarı əsasında saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin ‘g’ bəndi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.