Polis Marneulidə qrup halında törədilmiş zorakılıq və qanunsuz azadlıqdan məhrum etmə faktları üzrə üç nəfəri saxlayıb

11:08, 21.08.2025

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2002-ci il təvəllüdlü Q.M., 2002-ci il təvəllüdlü S.B. və 1994-cü il təvəllüdlü E.T.-ni qrup halında törədilmiş zorakılıq və qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, Marneuli Rayonunun kəndlərindən birində təqsirləndirilən şəxslər maliyyə mübahisəsinə görə 1991-ci il təvəllüdlü D.A.-nı döyüblər, zor tətbiq etməklə onu avtomobilin baqajına salıblar, qanunsuz olaraq azadlığını məhdudlaşdırıblar və çaylardan biri istiqamətində aparıblar. Bu zaman D.A. baqajı açmağa və qaçmağa müvəffəq olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən axtarış və istintaq tədbirləri nəticəsində hər üç təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima “b” yarımbəndi və 143-cü maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oxşar