Polis Marneulidə baş vermiş quldurluq faktı ilə əlaqədar bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Bölməsinin əməkdaşları quldurluq ittihamı ilə 2006-cı il təvəllüdlü Z.D.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxsin Marneuli Munisipalitetinin sakini, 1962-ci il təvəllüdlü A.P.-ni bıçaqla hədələyərək qarət etdiyi, qiymətli əşyaları və 14 000 larini oğurlayaraq hadisə yerindən qaçdığı müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən istintaq hərəkətləri nəticəsində Z.D.-ni şübhəli şəxs qismində saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci hissəsi ilə aparılır.