Polis Marneulidə ailə üzvünə qarşı törədilmiş qəsdən sağlamlığa yüngül zərər vurma faktı ilə əlaqədar bir nəfəri saxlayıb

10:49, 11.03.2026

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə 1994-cü il təvəllüdlü E.Q.-ni saxlayıblar.

İstintaqla, təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 2000-ci il təvəllüdlü M.Q.-yə bədən xəsarəti yetirdiyi müəyyən edilib. Yaralı qadını xəstəxanaya yerləşdiriblər və ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq hərəkətləri nəticəsində E.Q.-ni təqsirləndirilən şəxs qismində “isti izlər”lə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 120-ci maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar