Polis Kvemo Kartlidə oğurluq faktlarını açıb, dörd nəfər saxlanılıb

12:06, 17.04.2026

Polis Kvemo Kartlidə oğurluq faktlarını açıb. Qardabani və Marneuli rayon idarələrinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən törədilmiş, xeyli ziyanla nəticələnən oğurluq ittihamı ilə dörd nəfəri saxlayıblar: 2007-ci il təvəllüdlü İ.İ., 2006-cı il təvəllüdlü L.Q., 2007-ci il təvəllüdlü E.A. və 2006-cı il təvəllüdlü A.M.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Qardabani və Marneuli bələdiyyələri ərazisində müxtəlif vaxtlarda sürətli ödəniş terminallarını oğurlayıb, oradan 10 000 lariyə qədər pul vəsaitini ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsləri hadisədən qısa müddət sonra saxlayıblar.

Fakt üzrə araşdırma Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar