Polis Kvemo Kartlidə müxtəlif cinayətlərə görə 2004-cü ildən axtarışda olan şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Patrul Polis Departamentinin əməkdaşları birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 1987-ci il təvəllüdlü İ.A.-nı saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, saxlanılan İ.A. hüquq-mühafizə orqanları tərəfindən qəsdən sağlamlığa zərər vurma və cinsi xarakterli əməllər törətmək ittihamı ilə 2004-cü ildən axtarılırdı.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkumu başqasının adına verilmiş pasportla sərhədi keçmək istəyərkən Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar.
Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə aparılıb” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.