Polis Kvemo Kartlidə külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla, təqsirləndirilən şəxsin vətəndaşlara Amerika Birləşmiş Ştatlarından Gürcüstana avtomobillər gətirəcəyinə söz verdiyi və bunun müqabilində 75 104 larinin verdiyi bank hesabına köçürülməsini təmin etdiyi müəyyən edilib. Saxlanılan şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və köçürülən pulu tamamilə qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində Qoridə saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır, bu da 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.