Polis Kvemo Kartlidə xüsusilə külli miqdarda bir kiloqramdan çox narkotiki ələ keçirib
Polis Kvemo Kartlidə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi, saxlanması və satışına kömək etmək ittihamı ilə Türkmənistan vətəndaşı 1987-ci il təvəllüdlü R.B.-ni saxlayıb.
Polis təqsirləndirilən şəxsin üzərində və müvəqqəti yaşadığı mənzillərində axtarış zamanı bir kiloqramdan çox narkotik vasitə “Alpha PVP”ni sübut olaraq götürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd edilmiş cinayət işi üzrə kompleks şəkildə aparılan istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı xüsusilə külli miqdarda narkotik vasitənin satışını dırnaqarası “qoyma” üsulu ilə planlaşdırırmış.
Polis tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260 və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.