Polis Kvemo Kartlidə qəsdən adam öldürməyə cəhd faktını açıb, bir nəfər saxlanılıb

10:43, 14.01.2026

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1992-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış L.P.-ni Rustavidə saxlayıblar.

İstintaqla, təqsirləndirilən şəxsin Rustavidə qarşılıqlı mübahisə zəminində başlayan qarşıdurma zamanı 1988-ci il təvəllüdlü D.Q.-yə soyuq silahdan istifadə etməklə bir neçə bədən xəsarəti yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.

Yaralı kişini müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən adam öldürməyə cəhddə ittiham olunan L.P.-ni hadisədən qısa müddət sonra “isti izlər”lə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, bu isə 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar