Polis Kvemo Kartlidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb”

12:03, 03.04.2026

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 2004-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş E.İ.-ni “isti izlər”lə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 2 aprel tarixində Marneulidə əvvəl baş vermiş münaqişə zəminində yaranan mübahisə zamanı 2005-ci il təvəllüdlü U.B.-yə soyuq silahla boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı şəxs aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırıldıqdan dərhal sonra vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində E.İ. cinayəti törətdikdən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Oxşar