Polis Kvemo Kartlidə ailə üzvünün qəsdən öldürülməsi ittihamı ilə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə ittihamı ilə – 1970-ci il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamış İ.Q.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin yanvarın 27-də Dmanisi Munisipalitetinin kəndlərindən birində soyuq silahdan istifadə etməklə həyat yoldaşı 1983-cü il təvəllüdlü E.A.-nı yaralayıb.

Təqsirləndirilən şəxs özü yaralını klinikaya aparmağa çalışıb, lakin E.A. aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

İ.Q.-nin özü polis bölməsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini təqsirləndirilən şəxs qismində saxlayıblar.

Polis cinayətin törədilməsində istifadə edilən silahı – bıçağı sübut olaraq götürüb.

İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsinin “k” yarımbəndi ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyi məlumatı yayır.