Polis Kvemo Kartli bölgəsində xüsusilə böyük miqdarda narkotik maddə aşkarlayıb, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş, hal-hazırda şərti cəza altında olan, 1992-ci il təvəllüdlü T.L.-ni xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına cəhd ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına əsasən, bu cinayətə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Polis əməkdaşları saxlanılan şəxsin üzərinə baxış zamanı və onun göstərdiyi yerlərdən sübut kimi satış məqsədilə yerləşdirilmiş xüsusilə böyük miqdarda narkotik vasitə — ‘Alfa-PVP’ götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı maddələrinin III hissəsi ilə aparılır,” – deyə DİN-in məlumatında qeyd olunur.