Polis külli miqdarda psixotrop maddələrin qanunsuz alınması-saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktı ilə əlaqədar Batumi limanında bir nəfəri saxlayıb

11:53, 21.07.2025

 

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Acara Baş İdarəsinin İstintaq Şöbəsinin və Sərhəd İdarəetməsi və Koordinasiya Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1995-ci il təvəllüdlü E.P.-ni külli miqdarda psixotrop maddələrin qanunsuz alınması-saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə Batumi limanı ərazisində saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumi limanı vasitəsilə Gürcüstana daxil olan gəmilərdən birinin ekipajının üzvü, hazırda təqsirləndirilən şəxs qismində saxlanılan E.P.-nin üzərində axtarış və əşyalarının yoxlanılması nəticəsində maddi sübut kimi 861 həb psixotrop maddəni ələ keçiriblər.

Külli miqdarda psixotrop maddələrin qanunsuz alınması-saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktları üzrə istintaq Cinayət Məcəlləsinin 261 və 263-cü maddələri ilə aparılır.

Cinayət yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.

Oxşar