Polis xüsusilə külli miqdarda psixotrop maddələrin ələ keçirilməsi faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıb

11:02, 25.11.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq, qrup halında əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə Respublikasının vətəndaşları: 1998-ci il təvəllüdlü A.Ç.-ni və 1988-ci il təvəllüdlü E.S.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri Tbilisi-Senaki-Leselidze magistralında avtomobillə hərəkət edərkən dayandırıblar. Polis onların üzərində və avtomobildə axtarış nəticəsində sübut kimi xüsusilə külli miqdarda psixotrop maddəni “Pregabalin” kapsullarını ələ keçirib. İstintaq Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oxşar