Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması, satılmasına dəstək və odlu silahın qanunsuz əldə olunması və saxlanması ittihamı ilə iki nəfəri, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Q.C. və Ukrayna Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü D.Z.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır. Qurumun məlumatına əsasən, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, avtomobil və yaşadıqları mənzillərdə axtarış nəticəsində müxtəlif növ narkotik vasitələr, o cümlədən “metadon”, “heroin” və “qurudulmuş marixuana”nı maddi sübut kimi götürüblər. İstintaq hərəkətləri nəticəsində polis tərəfindən həmçinin odlu silah və narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar ələ keçirilib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi, 260-cı maddənin üçüncü hissəsi, 260-cı 4-cü maddənin altıncı hissəsi və 236-cı maddənin üçüncü hissəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.