Polis xüsusilə külli miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz şəkildə gətirilməsi faktının qarşısını alıb, iki xarici ölkə vətəndaşı saxlanılıb

11:27, 17.12.2025

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi-saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə iki xarici ölkə vətəndaşını – 2005-ci il təvəllüdlü H.İ.-ni və 1989-cu il təvəllüdlü B.M.-ni saxlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında saxlanılan şəxslərin baqajını yoxlamaq nəticəsində hermetik şəkildə bağlanmış bağlamalara yerləşdirilmiş 1 kiloqram 200 qram “marixuana” narkotik vasitəsini və narkotik maddə tərkibli mayenin yerləşdirildiyi 91 ədəd elektron siqareti müsadirə ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar