Polis xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına şərait yaratmaq ittihamı ilə dörd nəfəri saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qurumun Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına şərait yaratmaq ittihamı ilə dörd nəfəri saxlayıblar.
Bildirilib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı, eləcə də onların göstərdiyi ünvanlardan satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260 və 260-cı prima maddələri üzrə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda qeyd olunub.