Polis xüsusilə külli miqdarda narkotik vasitə aşkar edib, bir nəfər saxlanılıb

10:59, 04.03.2026

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Rusiya Federasiyası vətəndaşı, 1963-cü il təvəllüdlü V.İ.-ni saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

DİN-də bildiriblər ki, polis təqsirləndirilən şəxsin müvəqqəti yaşayış evində və yardımçı tikililərdə aparılan axtarış nəticəsində “buprenorfin” və “qurudulmuş marixuana” adlı narkotik vasitələri maddi sübut kimi götürüb.

Oxşar