Polis xüsusilə böyük miqdarda narkotik vasitəni müsadirə edib
Polis xüsusilə böyük miqdarda narkotik vasitəni müsadirə edib

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, böyük və xüsusilə böyük miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1994-cü il təvəllüdlü L.M.-ni saxlayıblar.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin mənzilində axtarış apararkən maddi sübut kimi müxtəlif növ xüsusilə böyük miqdarda narkotik vasitəni, o cümlədən: “mephedrone”, “MDMA”, “metamfetamin”, “Psilosin” tərkibli göbələk, “qurudulmuş marixuana” və “Pregabalin”i müsadirə ediblər.

Polis tərəfindən istintaq hərəkətləri nəticəsində həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar, yapışqan lentlər və elektron tərəzi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri, eləcə də 261-ci maddəsi ilə aparılır.