Polis xüsusilə böyük miqdarda narkotik vasitəni müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb
Polis xüsusilə böyük miqdarda narkotik vasitəni müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü H.A.-nı saxlayıblar.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin müvəqqəti yaşayış yerində axtarış apararkən altı paketdə qablaşdırılmış, xüsusilə böyük miqdarda – 150 qramadək narkotik vasitə olan “kokain”i sübut kimi müsadirə ediblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.