Polis xüsusilə ağır cinayət törətdiyinə görə axtarışda olan şəxsi yaxalayıb
Polis xüsusilə ağır cinayət törətdiyinə görə axtarışda olan şəxsi yaxalayıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş İdarəsinin və Patrul Polis İdarəsinin Sərhədlərin İdarə Edilməsi və Əlaqələndirilməsi Baş İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə ağır cinayət törətdiyinə görə axtarışda olan şəxs – 1963-cü il təvəllüdlü Q.K. tutulub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Agentliyin məlumatına görə, 2004-cü ildə Tbilisidə ağırlaşdırıcı şəraitdə iki nəfərə qarşı qəsdən adam öldürən Q.K. axtarışda olub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Darialini Q.K.-nın Sərhəd Miqrasiya Nəzarəti Xidmətinin ərazisində Gürcüstanın dövlət sərhədini başqa soyadla keçməyə cəhd edərkən yaxalayıblar. Saxlanılan Q.K. cəzaçəkmə müəssisəsinə köçürülüb”, – deyə qurumdan bildirilib.