Polis Kaxetidə qrup halında soyğunçuluğa cəhd faktı üzrə üç nəfəri saxlayıb

11:11, 31.03.2026

 

Polis Qurcaanidə əvvəlcədən əlbir olan qrup tərəfindən mənzilə qanunsuz şəkildə daxil olmaqla soyğunçuluğa cəhd ittihamı ilə üç nəfəri: 2007-ci il təvəllüdlü İ.A., 2006-cı il təvəllüdlü A.Ç. və 2006-cı il təvəllüdlü Q.B.-ni saxlayıb.

İstintaqla müəyyən edilib ki, maska taxmış təqsirləndirilən şəxslər Qurcaani Munisipalitetinin Şaşiani kəndində həmkəndliləri olan – A.M.-nin evinə pul mənimsəmək məqsədi ilə gizlicə daxil olublar, lakin cinayəti törədə bilməyiblər və hadisə yerindən qaçaraq gizləniblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq hərəkətləri nəticəsində cinayəti törədən hər üç şəxsi “isti izlər”lə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır, bu isə 8 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar