Polis Kaxetidə baş vermiş qətl və adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə və adam öldürməyə cəhd faktı üzrə 1982-ci il təvəllüdlü, keçmişdə mühakimə olunmuş Z. Z.-ni saxlayıblar.
Cinayətlər 16 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Siğnaği Munisipalitetində ov tüfəngindən atəş açmaqla qisas almaq motivi ilə 1975-ci il təvəllüdlü T.Ğ.-ni və 1984-cü il təvəllüdlü N.K.-ni yaralayıb, daha sonra hadisə yerindən qaçaraq gizlənib. Hadisə nəticəsində T.Ğ. yerindəcə dünyasını dəyişib, N.K.-ya isə klinikada tibbi yardım göstərilir, onun sağlamlıq vəziyyəti ağırdır.
Polis “isti izlər”lə keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Z.Z.-ni şübhəli şəxs qismində saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə edilən silahı – ov tüfəngini maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 19-109-cu maddəsinin “k” və “l” yarımbəndləri ilə aparılır.