Polis Kaxetidə ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən öldürmə ittihamı üzrə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində küt alətdən istifadə etməklə atasına xəsarətlər yetirib, nəticədə də kişi hadisə yerində dünyasını dəyişib. Həmçinin, müəyyən edilib ki, təqsirləndirilən şəxs izləri itirmək məqsədilə meyiti yaşadığı evin həyətində basdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs “isti izlər”lə təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis cinayət alətini maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsi ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.