Polis Kaxetidə 50 kiloqrama qədər “kannabis” narkotik vasitəsi götürüb

11:40, 27.08.2026

Polis Kaxetidə külli miqdarda narkotik vasitə tərkibli bitkinin qanunsuz əkilməsi, yetişdirilməsi və kultivasiyası ittihamı ilə bir nəfəri saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Qurcaani bələdiyyəsində saxlanılan şəxsin yaşadığı evin həyətindən sübut kimi 50 kiloqrama qədər “kannabis” narkotik vasitəsi götürüblər. Polis, həmçinin narkotik vasitənin hazırlanması üçün zəruri olan materialları da aşkar edərək götürüb.

Araşdırma Cinayət Məcəlləsinin 265¹-ci maddəsi ilə aparılır. Bu maddə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar