Polis işçisinə hücum ittihamı ilə Kutaisidə bir nəfəri yaxaladılar
Polis işçisinə hücum ittihamı ilə Kutaisidə bir nəfəri yaxaladılar

Gürcüstan Daxili İŞlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları, aparılan operativ və istintaq tədbirləri nəticəsində, Polis işçisinə hücum ittihamı ilə 1992-ci il təvəllüdlü, keçmişdə dəfələrlə mühakimə olunan Z.K.-nı Kutaisidə yaxaladılar.

“İstintaqla müəyyən olundu ki, cari ilin iyunu 10-da, Kutaisidə, Nikea küçəsində Z.K.-ya qarşı qaldırılmış cinayət işi çərçivəsində cari istintaq tədbiri – üst-başını yoxlayarkən, mütəhim Kutaisi şəhər idarəsinin əməkdaşına, 1986-cı il təvəllüdlü D.Q.-ya hücum etdi və sağlamlığına xəsarət yetirdi”, – DİN-in mlumatında deyilir.

İş fəaliyyəti ilə bağlı polis işçisinə hücum faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353 prima maddəsinin birinci hissəs ilə aparılır. Cinayət dörddən yeddi ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.