Polis İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şəxsi saxladı

13:52, 10.08.2025

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan, Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü R.A.-nı saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan R.A. Azərbaycan Respublikası tərəfindən 2013-cü ildən bəri təşkil olunmuş dəstənin üzvü olmaq və sağlamlığa zərər vurmaq ittihamı ilə axtarılırdı.

Hüquq-mühafizə orqanları R.A.-nı aparılmış istintaq hərəkətlərindən sonra Marneulidə saxlayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiyaöncəsi prosedurlar davam etdirilir.

Oxşar