Polis Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd ittihamı ilə Türkiyə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsi və bu departamentin İstintaq Baş İdarəsinin Acara İstintaq Xidmətinin əməkdaşları birgə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd ittihamı ilə Türkiyə Respublikası vətəndaşı 1994-cü il təvəllüdlü M.A.-nı saxlayıblar.
Cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Patrul Polisi Departamentinin əməkdaşları M.A.-nı “Batumi Limanı” sərhəd-buraxılış məntəqəsinin ərazisində yük avtomobilinin qoşqusu ilə gizli və qanunsuz şəkildə, sərhəd nəzarətindən yayınmaqla, Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd edərkən saxlayıblar.
Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsinə cəhd faktı üzrə istintaq Cinayət Məcəlləsinin 19-344-cü maddəsi ilə aparılır.