Polis qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə üç nəfəri saxlayıb

11:14, 10.02.2026

 

Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə üç nəfəri: 1974-cü il təvəllüdlü K.C., 1988-ci il təvəllüdlü Q.K. və 1993-cü il təvəllüdlü İ.K.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə aparılır, bu isə 9 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, keçmişdə mövcud münaqişə zəminində təqsirləndirilən şəxslərdən biri K.C. Q.K. və İ.K. ilə birlikdə 2004-cü il təvəllüdlü Ş.C.-yə qarşı zorakılıq təşkil edib. Ötən ilin dekabrın 31-də aralarında baş verən qarşıdurma zamanı Ş.C. soyuq və odlu silahdan istifadə etməklə Q.K. və K.C.-yə xəsarətlər yetirib. Polis cinayət törədildikdən qısa müddət sonra 2004-cü il təvəllüdlü Ş.C.-ni “isti izlər”lə saxlayıb, faktla əlaqədar istintaq hərəkətləri isə intensiv rejimdə davam edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əldə edilən dəlillərlə K.C., Q.K. və İ.K.-nin günahkar olduğu üzə çıxıb və hüquq-mühafizə orqanlarının əməkdaşları onları Tbilisi, Batumi və Xobidə saxlayıblar” – DİN tərəfindən yayılmış məlumatda deyilir.

Oxşar