Polis qrup halında törədilmiş soyğunçuluq ittihamı ilə üç xarici ölkə vətəndaşını saxlayıb

12:23, 10.11.2026

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları qrup halında törədilmiş soyğunçuluq ittihamı ilə üç xarici ölkə vətəndaşını saxlayıblar.

İstintaqla, hücumçuların aldatma yolu ilə iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə daxil olduğu, onlara bədən xəsarətləri yetirdiyi, yapışqan lentlə əl-ayaqlarını bağladığı və soyuq silahla qətlə yetirmə hədəsi ilə qanunsuz olaraq onlara məxsus 2 000 larini ələ keçirdiyi, bundan sonra da hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsləri “isti izlər”lə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır, bu da 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar