Polis qəsdən sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə bir nəfəri “isti izlər”lə saxlayıb

11:51, 24.09.2025

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1999-cu il təvəllüdlü əvvəllər mühakimə olunmuş D.D.-ni qəsdən sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə saxlayıblar.

Cinayət 3 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü L.D.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Xəsarət alan kişi xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri istintaq hərəkətləri nəticəsində D.D.-ni “isti izlər”lə saxlayıblar, cinayəti törətmək üçün istifadə edilən silahı – bıçağı dəlil kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır.

Oxşar