Polis qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə bir nəfəri “isti izlər”lə saxlayıb

10:45, 06.08.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Xelvaçauri Rayon İdarəsinin əməkdaşları “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2004-cü il təvəllüdlü A.P.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxs, qarşılıqlı mübahisə zəminində – 2004-cü il təvəllüdlü B.P.-yə soyuq silahdan istifadə etməklə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Yaralı B.P.-ni tibb müəssisəsinə aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə təqsirləndirilən şəxsi hadisədən sonra tez bir zamanda, “isti izlər”lə saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan silah – bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oxşar