Polis qanunsuz odlu silahlar və döyüş sursatı aşkar edib, dörd nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə müxtəlif vaxtlarda dörd nəfəri saxlayıblar.
Polis saxlanılan şəxslərin üzərinə, yaşayış evlərinə və yardımçı tikililərinə baxış zamanı odlu silahlar və döyüş sursatını maddi sübut kimi götürüb. Onların arasında: 2 ədəd odlu silah, səs tapançası, 133 patron, 2 daraq və “Amonal” partlayıcı maddəsi var. İstintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitə də aşkar edilərək götürülüb.
Araşdırma Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.