Polis, fövqəladə vəziyyət rejiminin pozulmasının 107 faktını aşkarladı
Son 24 saat ərzində monitorinq nəticəsində fövqəladə vəziyyət rejimi və komendant saatının məhdudiyyətlərinin pozulmasına dair 107 yeni fakt müəyyən edilib.
Polis komendant saatının pozulması faktı ilə əlaqədar olaraq, bütün ölkə miqyasında mayın 4-də saat 20:00-dan, 5 may saat 06:00-a kimi 86 vətəndaşı cərimələyib.
Bundan əlavə, ictimai məkanda 3 nəfərdən artıq insanın bir araya gəlməsi və 2 metrlik sosial məsafənin qorunmaması səbəbi ilə, cəmdə 16 vətəndaş cərimələnib.
Polis, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz ilə birgə monitornq nəticəsində özünü təcrid qaydalarının pozulması üzrə bir yeni fakt aşkarladı.
Hüquqmühafizəçilər sərnişinlərin daşınması və avtomobillə hərəkət qaydasının pozulması ilə əlaqədar daha 4 nəfəri cərimələyib.
Xatırladaq ki, fövqəladə vəziyyət rejiminin pozulması fiziki şəxsin 3 min lari, hüquqi şəxsin isə 15 min lari miqdarında cərimələnməsini nəzərdə tutur.