Polis əvvəlcədən əlbir olaraq, qrup halında zorakılıqla törədilmiş quldurluqda təqsirləndirilən 5 nəfəri saxlayıb

11:21, 21.08.2026

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olaraq, qrup halında zorakılıqla törədilmiş quldurluqda təqsirləndirilən 5 nəfəri saxlayıblar.
Nazirliyin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə araşdırma aparılır. Maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə bir vətəndaşa fiziki zor tətbiq edib, onun şəxsi əşyalarını, o cümlədən bahalı mobil telefonunu zorla ələ keçirərək hadisə yerindən qaçıblar.
Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsləri təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis quldurluq nəticəsində ələ keçirilmiş əşyaların bir hissəsini maddi sübut kimi götürüb”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Oxşar