Polis dünənki aksiyanın bir neçə iştirakçısını polis şöbələrinə aparıb
Mövcud məlumata görə, 18 oktyabr aksiyasının bir neçə iştirakçısı polis tərəfindən şöbələrə aparılıb. Məlumata əsasən, məsələ Rustaveli prospektinin bağlanması ilə əlaqədardır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis şöbələrinə aparılanlar arasında jurnalist Vaxo Sanaya, Laşa Çxartişvili və Levan Cobava da var.
Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.