Polis Didqori memorialına bitişik ərazidə "drift" faktı üzrə dörd nəfəri cərimələyib
Polis Didqori memorialına bitişik ərazidə "drift" faktı üzrə dörd nəfəri cərimələyib

 

Kvemo Kartli polisi Didqori memorialına bitişik ərazidə “drift” faktı üzrə dörd nəfəri cərimələyib.

Daxili İşlər Nazirliyində bəyan etdikləri kimi, İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin 17-ci və 121-ci maddəsinin 1-ci hissələrinə uyğun olaraq cərimələniblər.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetritsğaro Rayon Bölməsinin əməkdaşları sosial şəbəkədə yayılan video material əsasında, avtomobilin qəsdən sürüşməsi və sürüşmə ilə dairəvi fırlanmanın həyata keçirilməsi “drift” olaraq bilinən fakt üzrə inzibati icraat başladıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırma ilə məlum olub ki, 2007-ci il təvəllüdlü N.Q., 2002-ci il təvəllüdlü T.L., 2005-ci il təvəllüdlü C.M. və 2002-ci il təvəllüdlü L.V. müxtəlif vaxtlarda Tetritsğaro Munisipalitetində yerləşən Didqori memorialına bitişik ərazidə “drift” keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onların dördü də İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin 17-ci və 121-ci maddəsinin 1-ci hissələrinə uyğun olaraq cərimələniblər” – DİN-in yaydığı məlumatda deyilir.