Polis, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə ziyan vurduğuna görə bir nəfəri saxlayıb

10:59, 31.03.2025

 

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları, həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, başqasının əşyasına ziyan vurmaq ittihamı ilə Rusiya Federasiyasının vətəndaşı – 1995-ci il təvəllüdlü D.K.-ni saxlayıblar. Məlumatı DİN yayır.

Nazirliyin məlumatına əsasən, cinayət üç ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, üzünü xüsusi maska ​​ilə örtmüş təqsirləndirilən şəxs cari ilin martın 28-də Rustaveli prospektində aksiya zamanı Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə qəsdən ziyan vurub və hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, “isti izlərlə” həyata keçirilən istintaq tədbirləri nəticəsində, təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən ediblər və onu Tbilisidə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.

Oxşar