Polis Bolnisidə qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb
Polis Bolnisidə qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin İstintaq İdarəsinin əməkdaşları “isti izlər”lə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə ittihamı ilə 1946-cı il təvəllüdlü A.V.-ni saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 16 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, Bolnisi Rayonunun kəndlərindən birində öz evində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində həyat yoldaşı – 1950-ci il təvəllüdlü E.T.-yə soyuq silahdan istifadə etməklə ölümcül xəsarət yetirib.

Aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar. Polis cinayətin törədilməsində istifadə olunan silahı – bıçağı maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.