Polis Batumidə sağlamlığa xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-gəzdirmə ittihamı ilə bir nəfəri saxlayıb

11:56, 07.11.2026

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları, qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-gəzdirmə ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla təqsirləndirilən şəxsin Batumidə, keçmişdə mövcud münaqişə zəminində, qonşuluqda yaşayan kişini “obrez” olaraq bilinən lüləsi kəsilmiş tüfəngdən atəş açaraq aşağı ətraf nahiyəsindən yaraladığı müəyyən edilib. Yaralı müvafiq tibbi yardımın göstərilməsi məqsədilə klinikaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində “isti izlər”lə, hadisənin baş verdiyi yerin yaxınlığında saxlayıblar. Polis cinayətin törədildiyi silahı maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 118-ci və 236-cı maddələri ilə aparılır, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar