Polis Batumidə İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb

11:31, 08.12.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər Bölməsinin əməkdaşları İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı – 1987-ci il təvəllüdlü S.İ.-ni saxlayıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyi məlumatı yayır.

Onların məlumatına əsasən, saxlanılan S.İ. narkotik vasitələr və silah ticarəti, eləcə də əmlaka ziyan vurma ittihamı ilə İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları S.İ.-ni keçirilmiş istintaq hərəkətləri nəticəsində Batumidə saxlayıblar. Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar