Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1984-cü il təvəllüdlü R.D.-ni qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zəminində yaranmış qarşıdurma zamanı tanışı – 1977-ci il təvəllüdlü G.B.-ni odlu silahdan atəş açaraq yaralayıb. Yaralanmış şəxs xəstəxanaya yerləşdirilib, lakin tezliklə orada vəfat edib.
Polis R.D.-ni isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıb.
Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan silahı maddi sübut kimi götürüblər.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-108 və 236-cı maddələri üzrə aparılır”, – deyə DİN-in məlumatında qeyd olunub.