Polis Batumidə baş vermiş qəsdən adam öldürməyə cəhd faktını açıb, Türkiyə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1988-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı H.K.-nı saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə məişət zəminində başlamış qarşılıqlı mübahisə zamanı tanışı — Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü B.S.-yə soyuq silahdan istifadə etməklə bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
“Yaralı kişini tibb müəssisəsinə yerləşdiriblər. Polis keçirilən istintaq hərəkətləri nəticəsində H.K.-nı təqsirləndirilən şəxs qismində saxlayıb.
Cinayətin törədilməsində istifadə edilən silah – bıçaq sübut olaraq götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, bu isə 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in yaydığı məlumatda deyilir.